BAKI, 29 aprel — Sputnik. Amerika alimləri idda edir ki, səhərlər qayğanaq və omlet yemək təzyiqi tənzimləyir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu məhsulda olan zülallar qan təzyiqini tənzimləyir.
Aparılan araşdırma zamanı müəyyən edilib ki, həftədə 1-2 yumurta yeyən şəxslərdə təzyiqin inkişafı 21 faiz azalır. Alimlərin fikrincə, yumurta yüksək təzyiqə qarşı dərman kimi faydalıdır.
Bundan əlavə alimlər qeyd ediblər ki, yumurtanın tərkibində xolesterin var. Ancaq normada qidalansaq o, orqanizmə zərər vurmur.