SƏHİYYƏ

Səhiyyə Nazirliyinin nümayəndələri xəstəxanalardakı problemləri araşdıracaqlar

Nazirliyin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır
Sputnik

BAKI, 29 aprel — Sputnik. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) səlahiyyətli nümayəndələri bir neçə xəstəxanada vətəndaşları qəbul edəcəklər. Bu barədə Sputnik Azərbaycan-a SN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbulu olacaq. Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.