BAKI, 29 aprel — Sputnik. Bu ilki Ramazan ayının təqvimi açıqlanıb. Sputnik Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatına istinadən xəbər verir ki, təqvimdə, hər il olduğu kimi, namaz, imsak və iftar vaxtları əks olunub.
Ramazan ayının namaz, imsak və iftar vaxtları - CƏDVƏL
© © QMİ-nin mətbuat xidməti
Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi). Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.