Müsəlman ölkəsi paytaxtını dəyişir

Prezident paytaxtın köçürülməsi ilə bağlı qərar qəbul edib
Sputnik

BAKI, 29 aprel — Sputnik. İndoneziya prezidenti Coko Vidodo ölkə paytaxtını Yava adasında yerləşən Cakartadan köçürmək qərarı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" İndoneziyanın İnkişafı Planlaşdırma naziri Bambang Brodjonegoro açıqlama verib.

"Prezident paytaxtın Yavadan kənara köçürülməsi ilə bağlı qərar qəbul edib. Bu, olduqca önəmli qərardır" - deyə nazir Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Qeyd edək ki, İndoneziyada tez-tez zəlzələ və sunamilər baş verir. Yerli mətbuatın iddiasına görə, paytaxtın köçürülməsi qərarı onun mümkün təbii fəlakətlərdən qorunması məqsədilə verilib.