İQTİSADİYYAT

Ekspert Azərbaycan-Çin əlaqələrinin perspektivlərini şərh edir

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Çin höküməti ticarət əməliyyatlarının daha sürətli aparılması üçün yeni istiqamətlər axtarışındadır
Sputnik

“Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir”. Bunu aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Çin qədim zamanlardan Azərbaycan ərazisindən keçən “İpək yolu”ndan istifadə edib: “Hazırkı zamanda həm inkişaf etmiş ölkələr, həm də inkişafda olan ölkələr Çinlə iqtisadi partnyorluğun qurulmasında maraqlıdır. Çin höküməti ticarət əməliyyatlarının daha sürətli aparılması üçün yeni istiqamətlər axtarışındadır. Bu baxımdan Çin Azərbaycanın müəllifi olduğu regional nəqliyyat dəhlizlərindən istifadəni perspektiv plan kimi qəbul edir. Azərbaycan Çin üçün maraqlı strateji partnyordur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz