TƏHLİL

Allahverənov: “Rusiya ilə münasibətlərimiz turist sayında öz əksini tapır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur
Sputnik

“Cari ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçi Azərbaycana gəlib”. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiya arasında çox sıx inkişaf edən miqrasiya prosesləri var:

“Bunu bizim ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. İldən-ilə Azərbaycana gələn miqrantların sayı artır. Bizim Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır. Azərbaycan rusiyalı turistlər üçün maraqlıdır. Müxtəlif stendlərin, sərgilərin təşkil olunması, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur. Düşünürəm ki, bu sahədə işi daha da gücləndirmək lazımdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz