CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Qəbələnin Nic qəsəbəsində təşkil olunan Pasxa bayramında Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış ediblər
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 aprel - Sputnik. Bütün xristian aləmində olduğu kimi, Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər də Pasxa bayramını qeyd ediblər. "Cotari" alban kilsəsində təşkil olunan mərasimdə bayramın mahiyyətindən danışılıb, dini ayinlərin icrası üçün hər bir şəraitin yaradıldığı qeyd olunub. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib. 

Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Qəbələnin Nic qəsəbəsində təşkil olunan Pasxa bayramında Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış edib, bu münasibətlə bütün xristianları təbrik ediblər. Udinlər Azərbaycanda mehriban dostluq şəraitində yaşadıqlarını, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildiriblər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. 

Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xiristianların ziyarət etdiyi 5-6 pir var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Xatırladaq ki, sovet dönəmində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq bayramlarını hər il qeyd edirlər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə "Cotari" məbədinin əsaslı təmir və bərpasını qeyd etmək olar. Bir sözlə, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.