İQTİSADİYYAT

Ekspert: “ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına ziyan vura bilər”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır
Sputnik

ABŞ və Çin mayın sonu və ya iyunun əvvəli ticarət sazişi imzalaya bilərlər. "The Wall Street Journal”ı məlumat verir ki, sazişin imzalanmasında əvvəl tərəflər bir neçə dəfə danışıqlar keçirmək niyyətindədirlər.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar:

“Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalağavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz