Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 28 aprel - Sputnik. Lənkəranda boğulma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə rayonun Boladi kəndi ərazisində olub.
Belə ki, 1958-ci il təvəllüdlü Boladi kənd sakini Abdulla Miriyev evinin qarşısında balıq tutan zaman ehtiyasızlıqdan çaya düşüb. A.Miriyevin oğlu onu sudan çıxarsa da gec olub və o, artıq keçinib. Mərhumun meyiti müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.