BAKI, 27 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Milli Tüfəng Dərnəyinin keçirdiyi Liderlər Forumunda çıxışı zamanı xoşagəlməz halla qarşılaşıb. Sputnik Azərbaycan "NYpost"a istinadən xəbər verir ki, zalda olan şəxslərdən biri Trampa mobil telefon atıb.
Atılan telefon Trampdan yan keçib. Prezidentə telefon atan şəxs dərhal saxlanılıb. Onun sərxoş olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.