RUSİYA

Rusların "Qiyamət günü silahı" almanları qorxuya salıb

"Bu, Rusiyaya sualtı dünyada dominantlıq etməyə imkan verəcək"
Sputnik

BAKI, 27 aprel — Sputnik. Almaniyanın "Stern" nəşri Rusiyanın yeni sualtı gəmisi "Belqorod"la bağlı narahatlığını ifadə edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Nəşr vurğulayır ki, bu sualtı gəmi öz göyərtəsinə daha kiçik ölçülü sualtı gəmiləri, həmçinin Rusiya istehsalı olan "Paseydon" torpedalarını götürə bilər. Nəşr "Paseydonu", eyni zamanda "Qiyamət günü torpedaları" da adlandırıb.

Alman nəşri bildirir ki, yeni torpedalar istilik-nüvə başlıqları ilə təchiz olunub və onların gücü Birləşmiş Ştatların bütün aviasiyadaşıyıcı qrupunu məhv edə bilər. Bundan əlavə, "Paseydon"un nüvə mühərriki torpedaya suyun altında 200 km/saat sürət yığmağa imkan verir.

"Stern" qeyd edir ki, bu, Rusiyaya "sualtı dünyada dominantlıq" etməyə imkan verəcək.