BAKI, 27 aprel — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısı Vladimir Putinin gərgin iş qrafiki barədə danışıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov Putinin yatmadığını, işlədiyini bildirib.
"O ki Putindir, o yatmır, o işləyir" - deyə Peskov gülüşlə jurnalistlərin cümə axşamı Çitadan Vladivostoka, oradansa iki günlük Çinə gedən Putinin nə vaxt yatması barədə sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Vladimir Putin və Kim Çen In rəsmi olaraq ilk dəfə aprelin 25-də görüşüblər. Liderlər mətbuata qapalı şəkildə 2 saatdan çox müzakirələr aparıblar. Daha sonra Rusiya Prezidenti ikigünlük Çinə səfərə gedib.
Aprelin 26-da o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüş keçirib.