HADİSƏ

Paytaxtda yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 27 aprel — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, tavanı və ev əşyaları 10 m² sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlmat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.