HADİSƏ

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kommunal xidmət avtomobili sərnişin avtobusuna dəyib
Sputnik

BAKI, 27 aprel - Sputnik. Bu gün axşam saatlarında Beynəlxalq Hava Limanı yolunda sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

Son məlumatlara görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən 20 nəfərdən çoxu xəsarət alıb.