RUSİYA

Tramp Rusiya və Çinlə böyük saziş bağlamaq istəyir

İndiyə qədər heç bir ABŞ prezidentinin Administrasiyası bu istiqamətdə səy göstərməyib
Sputnik

BAKI, 26 aprel — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Tramp yeni nüvə sazişinin hazırlanması üçün nazirliklərlə danışıqlar aparır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "CNN" telekanalı Ağ Evdə olan mənbələrə istinadən xəbər verir.

Administrasiyada olan yüksək rütbəli məmurlardan biri bildirib ki, prezident silahlara nəzarətlə bağlı sazişdə Rusiya və Çinin də iştirak etməsini istəyir.

"Biz tez bir vaxtda sazişin variantlarını prezidentə təqdim etmək istəyirik", - deyə məmur bildirib.

O vurğulayıb ki, indiyə qədər heç bir ABŞ prezidentinin Administrasiyası bu istiqamətdə səy göstərməyib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində bildirmişdi ki, Moskva və Pekin də daxil olmaqla hamının nüvə silahından imtina etməsinə ehtiyac var.