SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq TANAP barədə: Bu, bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir

Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb
Sputnik

Azərbaycan 2019-cu ilin iyununda Trans-Anadolu boru kəmərini (TANAP) Avropaya sınaq qaz tədarükünün başlanması üçün hazır vəziyyətə gətirməyi planlaşdırır. Bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a  deyir ki, CQD-nin fəaliyyətə başlaması Azərbaycanın bütün hədəflərə çatmağa qadir olduğunu göstərir: “Bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər. Bu layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə iri miqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu, həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz