SƏHİYYƏ

Dünyada qızılca sürətlə yayılır

2010-2017-ci illər ərzində hər il 20 milyon uşağa peyvənd vurulmayıb
Sputnik

BAKI, 27 aprel — Sputnik. BMT-nin Uşaqlara Yardım fondu (UNİCEF) qızılca hallarının bütün dünyada 300 faiz artdığını açıqlayaraq bunun önəmli bir təhlükə olduğunu bildirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2019-cu ilin ilk 3 ayında 110 mindən çox qızılca faktı qeydə alınıb. UNİCEF-in hesabtaına görə, bütün dünyada milyonlarla uşağa qızılca peyvəndi edilmir. Hesabatda qeyd edilib ki, 2010-2017-ci illər ərzində hər il 20 milyon uşağa peyvənd edilməyib. İnkişaf etmiş ölkələr arasında qızılca peyvəndinin edilmədiyi dövlətlərə ABŞ liderlik edir. Belə ki, ABŞ-da 2 milyon 593 min uşaq, Fransada 600 min uşaq, İngiltərədə 527 min uşaq peyvənd edilməyib. Nigeriyada isə 1 yaşdan kiçik 4 milyon uşağa qızılca peyvəndi edilməyib.

UNİCEF-in məlumatına görə, qızılca ebola, vərəm və qripdən daha çox yoluxucu xüsusiyyətə mali olan xəstəlikdir. Virus infeksiyası daşıyıcısı olan xəstə otağı tərk etdikdən iki saat müddətində həmin otağa girən hər insanı yoluxdura bilir.

Qızılca hava yolu ilə yoluxur və nəfəs yollarında infeksiyaya yol açır. İnfeksiyaya yoluxandan sonra qızılca üçün xüsusi bir müalicə üsulu yoxdur.