SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin və Əliyev Çində görüşdü – Sammitlə bağlı barədə razılıq əldə olunub

Rusiya Federasiyası və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 2,5 milyard dollara çatıb.
Sputnik

BAKI, 26 aprel — Sputnik. Rusiya–Azərbaycan–İran sammiti bu ilin avqustunda Rusiyada keçiriləcək.

Sputnik Azərbaycan"RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya lideri Vladimir Putin bildirib.

"Biz razılaşdıq ki, avqustda Rusiyada növbəti Rusiya–Azərbaycan–İran sammitini keçirək" - deyə Putin vurğulayıb.

İkitərəfli ticarət sahəsindən danışan Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Federasiyası və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il, təxminən 14% artıb və 2,5 milyard dollara çatıb.