CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə gələn turistlərin 60 faizi bu taksilərlə daşınıb

Hava limanında turistlərə xidmət üçün "Nəqliyyat Təlim Tədris Mərkəzi"ndə 1 ay müddətində xüsusi təlim keçən sürücülər cəlb edilib
Sputnik

BAKI, 26 aprel — Sputnik. 2019 "Formula 1" Azərbaycan Qran Prisi yarışını canlı izləməyə gələn turistlərin paytaxtda nəqliyyat vasitəsi ilə daşınmasını təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Taksı Xidməti" MMC gücləndirilmiş is rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, hava limanına dislokasiya üçün nəzərdə tutulan "London" taksilərinin sayı artırılıb:

"Nəzərinizə çatdırırıq ki, təkcə 2 gün ərzində ölkəyə gələn turistlərin 60 faizi paytaxtın müxtəlif hissələrinə London taksiləri ilə daşınıb. Qeyd edək ki, hava limanında turistlərə xidmət üçün "Nəqliyyat Təlim Tədris Mərkəzi"ndə 1 ay müddətində xüsusi təlim keçən sürücülər cəlb edilib. Gücləndirilmiş iş rejimi yarışların sonuna qədər davam edəcək".