Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Paytaxtın Nəsimi rayonu ərazisində iş yerində bədbəxt hadisə baş verib.
Mediada yayılan məlumata görə, hadisə Səməd Vurğun, Ş.Əzizbəyov və Mərdanov qardaşları küçəsinin kəsişməsində inşa olunan çoxmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu olduğu binadan üzbəüz ərazidə yerləşən binaya keçmək istəyərkən yıxılıb.
3-cü mərtəbədən yıxılan şəxs dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. KTM-dən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, həmin şəxsin hazırda reanimasiyada qalmaqda davam edir, vəziyyəti ağırdır.
Fəhlənin həyatına ciddi təhlükə var.