RUSİYA

Rusiyada raket zavodu yanır - VİDEO

Yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib
Sputnik

BAKI, 26 aprel - Sputnik. Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodunda yanğın baş verir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, zavod korpuslarından birinin damı yanıb.

Yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib. "Roskosmos"dan bildiriblər ki, zavoddakı soyuducu anbarı yanır.

Hadisə nəticəsində yanan dam örtüyü dağılıb. Yanğını 64 yanğınsöndürən söndürür.

Bu zavodda "Sineva" və "Sarmat" ballistik raketləri istehsal olunur.