BAKI, 26 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda baş tutan görüş zamanı heç konkret razılaşma əldə olunmayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"İkitərəfli münasibətlərə dair bir sıra məsələlər istisna olunmaqla hər hansı bir konkret razılaşma əldə olunmayıb", - deyə Uşakov vurğulayıb.
O, qeyd edib ki, liderlərin danışıqları olduqca faydalı olub: "Tərəflər Koreya yarımadasında vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər".
Qeyd edək ki, Vladimir Putin və Kim Çen In rəsmi olaraq ilk dəfə aprelin 25-i görüşüb. Liderlər mətbuata qapalı şəkildə 2 saatdan çox müzakirələr aparıb.