ABŞ-dan dünya təhlükəsizliyinə daha bir zərbə

Beynəlxalq silah satışına dair müqavilə 2013-cü il aprelin 2-də BMT Baş Assambleyasında təsdiq edilib
Sputnik

BAKI, 26 aprel - Sputnik. Donald Tramp ABŞ-ın Beynəlxalq silah satışına dair müqavilədən çıxdığını bəyan edib.

"Mənim administrasiyam heç vaxt Beynəlxalq silah satışına dair müqaviləni ratifikasiya etməyəcək. Mən rəsmi surətdə bəyan edirəm ki, ABŞ hər kəsdə yanlış təsəvvür yaradan sazişin altından öz imzasını geri çağıracaq", — Tramp bildirib.

Tramp nə "soyqırım" dedi, nə də açıqlamanı imzaladı

Sputnik Azərbaycan-ın məlumatına görə, prezident əlavə edib ki, rəsmi bildiriş tezliklə BMT-yə göndəriləcək.

Bu bəyanatdan sonra Tramp Konqresə ünvanlanan müqavilənin ratifikasiya prosesini dayandırmaq barədə göstərişi imzalayıb.

"Mən hakimiyyətdə olarkən biz Amerikanın suverenitetini heç kimə verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, əcnəbi bürokratlar İkinci düzəlişi (silah gəzdirmək hüququ) ayaqlar altına atsınlar", — prezident deyib. 

Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frans Klinseviç Tarmpın qərarını şərh edib. Onun sözlərinə görə, bu qərar beynəlxalq təhlükəsizliyə zərbə vuracaq. 

Putin açıqladı: “Türkiyəyə digər silahlar da göndəriləcək”

"Mütləq şəkildə dünyadakı gərginlik ocaqlarının sayı artacaq. İndi ABŞ silah satışının həcmini dəfələrlə artıracaq", — Klinseviç deyib.

O bildirib ki, ABŞ-ın bu qərarı son illər Amerika silahının rəqabət qabiliyyətinin ciddi şəkildə zəifləməsindən doğur.

Beynəlxalq silah satışına dair müqavilə 2013-cü il aprelin 2-də BMT Baş Assambleyasında təsdiq edilib. Müqavilə silah satışının məhdudlaşdırılmasına yönəlib. İndiyədək 50 ölkə bu sazişi ratifikasiya edib.