RUSİYA

Təhlükəli iş yerləri ləğv ediləcək - Nazir

Təklifin nə zaman reallaşacağı və hansı işlərin daha təhlükəli olduğu barədə nazir məlumat verməyib
Sputnik

BAKI, 25 aprel — Sputnik. Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi təhlükəli iş şəraiti olan iş yerlərinin tam ləğv edilməsi xəttini götürüb. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, bu barədə nazir Maksim Topilin deyib.

"Biz çox yaxşı başa düşürük ki, ümumiyyətlə, iş şəraitinin qeyri-adi, təhlükəli olduğu iş yerləri tədricən dövriyyədən çıxarılmalıdır. Və biz özümüz üçün belə bir vəzifə qoymuşuq", - deyə Topilin bildirib.

Təklifin nə zaman reallaşacağı və hansı işlərin daha təhlükəli olduğu barədə nazir məlumat verməyib.