BAKI, 25 aprel — Sputnik. Bişkekdə qulaqdibi xəsətliyinə yoluxanların sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu ilin ilk rübündə qeydə alınan xəstəliklər keçən il ilə müqayisədə 25 dəfə çox olub.
Xəstəliyə yoluxanların 70 faizi isə böyüklərdir.
Qulaqdibi xəstəliyinin əlamətləri xəstəliyə yoluxduqdan 2 gün sonra özünü biruzə edir. Qulaqdibi sonsuzluq, meningit və s. fəsadlar verə bilər.
Məlumata görə, xəstəliyə yoluxanların çox hissəsi uşaq yaşlarında peyvənd edilməyən şəxslərdir.
Xatırladaq ki, 1990-cı illərdə Qırğızıstanda vaksin çatışmazlığı qeydə alınıb.
Alimlərin fikrincə, xəstəlik 5-6 ildən bir, xüsusən yaz-payız aylarında qeydə alınır.