İQTİSADİYYAT

İlham Əliyev mühüm görüş keçirib

Azərbaycan Prezidenti "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
Sputnik

BAKI, 25 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə görüşüb. 

İlham Əliyev Si Cinpini Azərbaycana dəvət etdi – FOTOLAR

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söyləyib.

Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlətimizin başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.