BAKI, 25 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşü olduqca məhsuldar olub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Biz ölkələrimizin arasında olan əlaqələrin tarixindən, bu günündən və ikitərəfli əlaqələrin perspektivlərindən danışdıq", - deyə Putin vurğulayıb.
Bundan əlavə ölkə liderləri Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.
Liderlərin görüşü Uzaq Şərq Universitetinin Russkiy adasında olan kampusunda baş tutub.
İki saat təkbətək baş tutan görüş daha sonra hər iki ölkədən olan nümayəndə heyətinin iştirakı ilə geniştərkibli formatda keçirilib.