İQTİSADİYYAT

"Brent" nefti öz rekordunu təzələdi

Adıçəkilən neftin bir barelinin qiymətində bir günə 0.4 faiz artım qeydə alınıb
Sputnik

BAKI, 25 aprel — Sputnik. “Brent” markalı neftin qiyməti bu il ilk dəfə olaraq 75 dolları keçib. Sputnik Azərbaycan-ın “Reuters” xəbər agentliyinə istinadən xəbərinə görə, “Brent” markalı neftin 1 barelinin qiyməti dünya birjalarında 74.90 dollardan 75.01 dollaradək artıb.

Bununla da adıçəkilən neftin bir barelinin qiymətində bir günə 0.4 faiz artım qeydə alınıb.

“Qərbi Texas” markalı neftin bir barelinin qiyməti isə 65.94 dollar təşkil edib.