SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Keşikçidağ monastırı barədə məlumatlara aydınlıq gətirdi

XİN sözçüsü Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumata münasibət bildirib
Sputnik

BAKI, 25 aprel - Sputnik. "Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür".

Gürcüstanda Azərbaycan vətəndaşlarına hücum olub

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur: "Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".

Qeyd edək ki, Azərbaycan tərəfinin üç gün əvvəl Keşikçidağ (David Qareci) monastır kompleksinə girişi bağladığı barədə Gürcüstan mətbuatında məlumatlar yayılıb. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün verdiyi açıqlamasında azərbaycanlı həmkarı ilə danışıqlardan sonra məhdudiyyətin aradan qaldırıldığını bildirib.