Avronun məzənnəsi kəskin düşdü

Avro 1.90 manatdan da aşağı düşdü
Sputnik

BAKI, 25 aprel - Sputnik. Mərkəzi Bankın bu günə açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8968 manata, rubl/manat məzənnəsi isə 0,0264 manata düşüb.

1 Türkiyə lirəsi isə 0,2888 manata geriləyib.

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 24-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9068 manata, 1 Rubl 0,0267 manata, 1 Türkiyə lirəsi isə 0,2906 manata bərabər idi.