BAKI, 24 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə "böyük fəlakət" adlandırıb.
Sputnik Azərbaycan Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, Ağ Ev 1915-ci il hadisələri ilə bağlı açıqlama yayıb. Açıqlamada 1915-ci il hadisələri ilə bağlı "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" ifadəsi işlənilib.
Ağ Evin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının altında ABŞ prezidenti Donald Trampın imzası olmayıb.
Nəşr yazır ki, öncəki illərdə Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaların altında ABŞ prezidentinin imzası yer alırdı.