QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Sülhün alternativi fəlakətdir” - erməni nazir Qarabağdan danışdı

“Xalqların sülhə hazırlanmasına gəldikdə isə burada aydın formullar yoxdur”
Sputnik

BAKI, 24 aprel — Sputnik. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım edəcək atmosferin yaradılmasına böyük əhəmiyyət verir. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan bildirib.

Nazir vurğulayıb ki, Ermənistan tərəfi üçün Dağlıq Qarabağın statusu və təhlükəsizliyi prioritetdir, sülh danışıqları isə ATƏT-in Minsk qrupu formatında davam etdirilməlidir: "Bizim qətiyyətliyimiz şübhə altına salmaq lazım deyil. Sülhün alternativi fəlakətdir. Xalqların sülhə hazırlanmasına gəldikdə isə burada aydın formullar yoxdur. Bu, inkişaf etdirilməli olan prinsipdir".