Seçki komissiyalarının onlarla üzvü çox işləməkdən öldü

Səslərin hesablanması davam edir
Sputnik

BAKI, 24 aprel — Sputnik. İndoneziyada seçkilər zamanı seçki məntəqələrində yorğunluqdan ölən işçilərin sayı 92-yə yüksəlib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Antara nəşri məlumat yayıb.

Daha əvvəl Sinxua agentliyi məlumat vermişdi ki, yorğunluq və yol qəzaları 69 nəfərin ölümünə səbəb olub. Onlardan 15 nəfəri polis işçisi, 54 nəfər isə seçki şöbələrinin əməkdaşları olub.

Knessetə seçkilər: Azərbaycan-İsrail əlaqələrinin gələcəyi necə olacaq

Səslərin hesablanması davam edir.

Aprelin 17-də İndoneziyada bütün səviyyələrdə eyni vaxtda seçki keçirilib. Məlumata görə, ictimai səsvermə nəticələrinə əsasən, seçici fəallığı 82% təşkil edib.

Seçkilərdə səsvermə hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri mayın 22-də İndoneziya Milli Seçki komissiyasl tərəfindən açıqlanacaq.

Qeyd edilir ki, seçki məntəqləinin əməkdaşları seçkilərdə fasiləsiz olaraq bir neçə gün işləməyə məcbur olublar.

Exit-Polun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Coko Vidodo prezident seçikilərində liderliyi özündə saxlayıb. O ölən şəxşlrlə əlaqədar başsağlığı verərək, onları "demokratiyanın qəhrəmanları" adlandırıb.