CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polislər və hərbçilərlə bağlı yeni qərar qəbul edildi

Baş nazir Novruz Məmmədovun imzaladığı qərar 2019-cu il martın 1-dən tətbiq edilir
Sputnik

BAKI, 23 aprel — Sputnik. Nazirlər Kabineti polislər və hərbçilərə verilən kirayə pulu ilə bağlı yeni qərar qəbul edib.

Polis nəfəri olmaq istəyənlərin nəzərinə

Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti "Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası", "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası", "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası" və "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərarında dəyişiklik edib.

Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda qeyd edilib ki, Bakı şəhərində hər ay ödənilən pul kompensasiyası 47 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb.

Eyni zamanda daxili işlər və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda hər ay 100 manat pul kompensasiyası ödəniləcək.

Bakıda maraqlı olay: Polis ərəb turistin pulunu geri qaytardı

Qərara görə, "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında, başqa şəhər və rayon mərkəzlərində şərti maliyyə vahidi məbləğinin 30 misli miqdarında, digər yaşayış məntəqələrində şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödənilib. Dəyişikliyə əsasən bu məbləğlər də müvafiq olaraq 150, 75 və 55 manata qaldırılıb, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib.

Qeyd edək ki, qərar 2019-cu il martın 1-dən tətbiq edilir.