CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprel şəhidimizin adı əbədiləşdirildi

Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər
Sputnik

BAKI, 23 aprel — Sputnik. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Aprel şəhidimizin adı əbədiləşdirildi

Qərarda qeyd edilib ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.

Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.