BAKI, 23 aprel — Sputnik. İran parlamenti Birləşmiş Ştatlara qarşı cavab sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, qəbul olunan sənəd İran Administrasiyasının Birləşmiş Ştatlara qarşı cavab sanksiyalarının qəbul etməsini nəzərdə tutur.
Qeyd edək ki, ötən gün Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib.
"Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.