BAKI, 23 aprel — Sputnik. Şimali Koreya liderinin zirehli qatarı çərşənbə günü Vladivostoka gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə Uzaq Şərq Dəmiryollarından bildirilib.
"Səhər saatlarında qatar Hasan stansiyasına çatacaq, daha sonra Ussuriyskə, oradan isə Vladivostoka gedəcək. Bu gün regionda qatarların hərəkəti qrafikə uyğun olacaq. Qatarların cədvəli zirehli qatarların hərəkəti zamanı dəyişə bilər" - deyə mənbə agentliyə bildirib.
Qeyd edək ki, "Kommersant" nəşrinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlar aprelin 25-i Uzaq Şərq Universitetinin Vladivostokda Russkiy adasında yerləşən kampusunda baş tutacaq.