HADİSƏ

Bakıda evdə yanğın olub, ölən var

Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib
Sputnik

BAKI, 23 aprel — Sputnik. Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yanğın olub. 

Şəhərin mərkəzi hissəsində yanğın meydana çıxıb
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.