CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "Hizbullah" aktivliyi – Ekspert inkar etmir

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan terrorla mübarizədə daima ön planda olan dövlətlərdən biridir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Livanın hərbi təşkilatı və siyasi partiyası olan "Hizbullah" bir sıra ölkələrdə fəaliyyət göstərir, onun təsir sahəsi Yaxın Şərqlə məhdudlaşmır Sputnik Azərbaycan xəbər verir ki, bunu ötən gün jurnalistlərə açıqlamasında Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls bildirib.

Terrorda ölənlərin sayı 215 nəfərə çatdı, tutulanlar var

Təşkilatın fəaliyyəti barədə danışan Seyls "Hizbullah"ın fəaliyyət sahəsinin yalnız Yaxın Şərq regionu ilə məhdudlaşmadığını xüsusilə vurğulayıb. ABŞ rəsmisi ötən illər ərzində "Hizbullah" aktivliyinin Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Peru və Tailand kimi ölkələrdə müşahidə edildiyini qeyd edib.

Bəs doğrudanmı "Hizbullah" təşkilatı Azərbaycanda aktivlik nümayiş etdirib? Sputnik Azərbaycan məsələ ilə bağlı politoloq Arzu Nağıyev həmsöhbət olub.

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan terrorla mübarizədə daima ön planda olan dövlətlərdən biridir və bu istiqamətdə xüsusi xidmət və hüquq-mühafizə orqanları daima iş aparır.

Politoloq Azərbaycanın adının coğrafi cəhətdən bir-biri ilə yaxın belə olmayan ölkələr arasında çəkilməsinə xüsusi diqqət ayırıb: "Zənnimcə, burada əsas məsələ İranla bağlı məsələdir. "Hizbullah"ın adı son vaxtlar Suriya, Rusiya və İranla daha çox çəkilir. Bu yaxınlarda Böyük Britaniya tərəfindən də bu təşkilat terror təşkilatlarını siyahısına salınıb və ABŞ tərəfinin bu bəyanatı məhz bu ərəfədə səsləndirməsi də təsadüfü deyil".

Türkiyə terrorçulardan azad etdiyi ərazidə sabitliyi qoruya biləcəkmi - politoloq şərhi

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisində belə təşkilatların nümayəndələrinin olmasına imkan verməz: "Dini radikal qurumlarla bağlı həbs edilən şəxslər arasında kimlərsə bu təşkilata üzv olduqlarını deyə bilərlər, lakin bu o demək deyil ki, onlar Azərbaycan ərazisində fəaliyyət göstərirlər".

Politoloq vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində "Hizbullah" tərəfdarlarının fəaliyyət göstərməsi inkar edilmir: "Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da nəzərə alsaq, Natan Seylsin bəyanatında müəyyən həqiqət ola bilər".

Qeyd edək ki, "Hizbullah" (ərəbcə - Allahın ordusu) Livanın siyasi və hərbi qanada malik şiə inanclı insanların partiyasıdır.

"Hizbullah" İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.

Rusiyada anti-terror əməliyyatı – İki İŞİD-çi zərərsizləşdirildi

Martın 1-i Böyük Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) Livanın "Hizbullah" təşkilatının siyasi qanadını terror təşkilatları siyahısına daxil edib.

Qərarı şərh edən ABŞ dövlət katibi Mayk Pompeo vurğulayıb ki, ölkəsi Britaniyanın bu addımını alqışlayır: "Bu İran dəstəkli terror təşkilatının əlində Amerikanın qanı var. Onlar Orta Şərq, Avropa və dünyada hücumlar təşkil etməyə davam edirlər".

Qeyd edək ki, Britaniya DİN yazılı açıqlama verib. Açıqlamada Livandakı "Hizbullah" ilə yanaşı, Afrikada fəaliyyət göstərən "Anasır el-islam" və "JNIM" təşkilatları da terror siyahısına salınıb. Britaniya daha əvvəl "Hizbullah"ın yalnız hərbi qanadını terror siyahısına almışdı.