“İqtisadiyyatda və bank sektorunda həmişə problemli kreditlər məsələsi var və bunun qəbul edilmiş bir həddi mövcuddur”. Bunu Sputnik Azərbaycan-a verdiyi müsahibədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib.
“Ümumiyyətlə, belə hesab olunur ki, riskləri nəzərə almaqla, bank sektoru özü bu həddə olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta bu formada riskləri idarə etməyi bacarır. Cənab Prezident çıxışlarında hər zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin restrukturizasiyası ilə bağlı çağırışlar edib ki, banklar həm müddətin uzadılması, həm də kredit faizlərinin aşağı salınması ilə bağlı vətəndaşlarla qarşılıqlı razılaşma əldə etsinlər. 2019-cu ilin ilk 2 ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub, şəffaflıq, büdcə gəlirləri, vergi sistemində yığılmalar artıb. Bu yığılmalar imkan verdi ki, əvvəllər yaranan çətinliklərin nəticələrinin aradan qaldırılması ilə bağlı addımlar atılsın və ölkə Prezidenti də bununla bağlı fərman imzaladı. Ölkə Prezidenti tərəfindən verilmiş bu fərman miqyasına və mexanizmlərinə görə tarixi bir addımdır” - deyə, millət vəkili bildirib.
Millət vəkilinin geniş şərhinə audifaylda qulaq asa bilərsiniz