SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda olan ukraynalılar da Zelenskini seçdi – Səfirlik detalları açıqladı

Artıq Ukraynada bülletenlərin 90,25 faizi sayılıb
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu artıq başa çatıb. Sputnik Azərbaycan Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, artıq Ukraynada bülletenlərin 90,25 faizi sayılıb.

Nəticələrə əsasən, Vladimir Zelenski 73,18 fazi səs toplayıb. Onun rəqibi Petro Poroşenkoya isə seçicilərinin 24,49%-i səs verib.

Ötən gün Azərbaycanda olan Ukrayna vətəndaşları da bu ölkənin Azərbaycandakı səfirliyinə gələrək öz səsvermə hüququndan istifadə edib.

Ukraynanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə səfirlikdə 233 Ukrayna vətəndaşı seçkilərə qatılıb. Onların 51,5 faizi Zelenskinin lehinə, 48,5% seçici isə Pyotr Poroşenkonun lehinə səs verib.