Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 22 aprel — Sputnik. Respublika ərazisində 2019-cu ilin ilk 3 ayı ərzində 4909 heyvan dişləməsi, cırmaqlaması, qapması olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə ölümlərlə bağlı rəqəmlər qeyd olunmayıb.
Nazirlik bildirir ki, ötən ilin analoji dövründə belə xəsarətlər almış şəxslərin sayı 4682 nəfər olub.
Ölkədə 5 min nəfərə yaxın insan heyvan hücumuna məruz qalıb
© ©Karikatura
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən də bildirilib ki, onlarda ölümlərlə bağlı statistik məlumat yoxdur.