Terrorda ölənlərin sayı 215 nəfərə çatdı, tutulanlar var

Ölənlər arasında azı 12 xarici ölkənin vətəndaşları var
Sputnik

BAKI, 21 aprel – Sputnik. Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.

Terror nəticəsində həlak olan müsəlmanların sayı artıb

Sputnik Azərbaycan-ın məlumatına görə, partlayışlar nəticəsində 215 nəfər həlak olub. Daha əvvəl 207 nəfərin öldüyü, 407 nəfərin yaralandığı bildirilirdi.

Bildirilir ki, ölənlər arasında azı 12 xarici ölkənin vətəndaşları olub.

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.

Törədilən terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb. Bu barədə Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bildirib.

Şri-Lanka hakimiyyəti bu gün saat 18.00-dan sabah saat 06.00-dək komendant saatı elan edib.