BAKI, 21 aprel – Sputnik. Şri-Lankada gün ərzində 7-ci və 8-ci partlayış baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Partlayış paytaxt Kolombo şəhərinin ətrafında yerləşən Demataqoda qəsəbəsində yaşayış kompleksində baş verib. İlkin məlumatlara görə, partlayışlar nəticəsində azı 2 nəfər ölüb.
Bundan əvvəlki partlayışlar zamanı ölənlərin sayı isə 185 nəfərə çatıb. Ən azı 500 nəfər isə yaralanıb.
Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.
Xatırladaq ki, Şri-Lankada Pasxanın bayram edilməsi zamanı kilsə və otellərdə partlayışlar törədilib. Ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.