BAKI, 21 aprel – Sputnik. Lənkəran rayonunun Ürgə kəndində intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.
Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.
Faktla bağlı araşdırma aparılır.