HADİSƏ

Bakıda avtobus minik avtomobili ilə toqquşdu, yaralılar var

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Sputnik

BAKI, 21 aprel – Sputnik. Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobus ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.