Səhv partiyaya səs verən seçici barmağını kəsdi

O, bu addımı ilə öz günahını yumağa çalışıb
Sputnik

BAKI, 20 aprel — Sputnik. Hindistan sakini Pavan Kumar seçkilərdə səhv partiyaya səs verdiyi üçün barmağını kəsib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Öz günahını yumaq üçün o, barmağını kəsib. Məlumata əsasən, həmin şəxs toxunulmazlar kastasına məxsusdur.

Hazırda Hindistanda parlament seçkilərinin ikinci mərhələsi keçirilir. Mübarizə Hindistanın baş naziri Narendra Modinin "Bxaratiya canata parti"si və Rahul Qandinin rəhbərlik etdiyi Hindistan Milli Konqresi arasında gedir.