Qazaxıstanda qətliam kimi qəza – 11 ölü

Hadisə yerində 8 nəfər, xəstəxanada isə 3 nəfər ölüb
Sputnik

BAKI, 20 aprel — Sputnik. Qazaxıstanda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, hadisə zamanı 11 nəfər ölüb və 29 nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saat 5 radələrində Cambul vilayətinin Korday rayonunda baş verib. Belə ki, Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində, “Toyota Camry” markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb.

Həmin yolla hərəkətdə olan avtobus sürücüsü toqquşmadan yayınmağa çalışsa da, avtobus çevrilib. Hadisə yerində 8 nəfər ölüb. Daha 3 nəfər xəstəxanada vəfat edib.