HADİSƏ

Bakıda qardaşı tərəfindən bıçaqlanan ikinci bacı da öldü

Qətli törədən qardaş həbs edilib
Sputnik

BAKI, 20 aprel — Sputnik. Aprelin 16-da Bakıda qardaşı tərəfindən ağır yaralanan 1962-ci il təvəllüdlü Məlahət Əhlimanova xəstəxanada dünyasını dəyişib.

Masallıda dəhşətli qətl: Gənc oğlanı parçalayıb 3 rayonda basdırdılar

Sputnik Azərbaycan hüquq mühafizə orqanlarına istinadla xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində bacısı, 1964-cü təvəllüdlü Səadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı, 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovanı bıçaqlayaraq xəsarətlər yetirib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb. Muxtar Əhlimanov həbs edilib.