BAKI, 20 aprel — Sputnik. Türkiyədə iki aydır itkin düşən iş adamı Şahin Akçanın meyiti Tekirdağın Süleymanpaşa rayonunda yerləşən Kumbağ məhəlləsindəki villasında tapılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2 aydır axtarışda olan Akçanın tapılması üçün yaxınları jandarmaya müraciət edib.
Məlumata görə, Akçanın ölümündə şübhəli hesab edilən Azərbaycan əsilli S.M. Artvin sərhədindən xaricə qaçıb.
Faktla bağlı cinayət işi açılıb və iş adamının cəsədi İstanbul Ədliyyə Tibb Mərkəzinə göndərilib.